EARTH HOUR 2015

Earth Hour 2015

Green Baku bir daha ölkədəki ekoloji layihələrin əsas təşəbbüskarı olduğunu sübut edərək  28 mart 2015-ci ildə  qlobal “Yer Saatı” aksiyası keçirdib

28 Mart beynəlxalq “Yer Saatı” 2015 ( «Earth Hour» 2015 ) kampaniyası çərçivəsində Dünyanın müxtəlif yerlərində yaşayan 1 milyarddan çox insan iqlim dəyişikliyinə qarşı həmrəylik göstərmək üçün bir araya yığılıb.

Green Baku-nu və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşkilatçılığı ilə qlobal aksiyanın azərbaycanlı iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 19:30-da Azadlıq meydanında toplaşıblar.

 Sonra şamlar yandırılıb. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yeni Azərbaycan Partiyası, Qız qalası və Şirvanşahlar Sarayı, ADA Universiteti, Hökumət evinin və "Marriott Absheron" otelinin fasadının işıqlandırılması dayandırılıb.

Bundan başqa, "Critical Mass Baku" veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak ediblər. Layihə saat 22:00-da başa çatıb.

Bu il “Yer saatı” aksiyasında 172 ölkənin sakini iştirak etmişdir.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

 

 

© Copyright 2015-2016 . Create by Code Abra. All Rights Reserved.

EARTH HOUR 2015
EARTH HOUR 2015
EARTH HOUR 2015