GREEN BAKU

GREEN BAKU

Bizim startup üçün müəyyən olunmuş 3 əsas məqsədimiz vardır:

 

İlk növbədə 100% Azərbaycan məhsulu istehsal etmək, istifadə olunan təkrar emal olunmuş kağız Azərbaycan zavodlarında istehsal olunur. İkinci məqsəd ölkədə ekoloji maarifləndirməni artırmaq, təkrar emal olunmuş kağızdan istifadə edərək bizim ağacdan kağız hazırlanmasının bir hissəsini potensial şəkildə azalda biləcəyimizi insanların nəzərinə çatdırmaqdır. İnsanlar anlamalıdır ki, biz yalnız məhsuldan tullantı deyil, həm də tullantıdan məhsul istehsal edə bilərik. Və son olaraq, ikinci məqsədimizlə bağlı olaraq, insanlara yenidən emal edilmiş məhsul ilə tullantı arasındakı fərqi başa salmaqdır. Biz yenidən emal olunmuş məhsullardan istifadə mədəniyyəti yaratmalıyıq, göstərməliyik ki, kağızın sadəcə olaraq biraz rəng fərqi seçilir və nəticə olaraq Azərbaycan daha təmiz və ekoloji savadlı olacaqdır.

 

Bu ilki tədbirə Let's do it Azerbaijan, "BİR" könüllü proqramı və Azərbaycan Skautlar birliyinin könüllüləri də qoşulublar.

Qeyd edək ki, "Yer saatı" kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi: "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları 1 saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər.

Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.

Bəşəriyyət tarixində ən kütləvi ekoloji ictimai aksiya olan "Yer Saatı-2016" tədbirinə 178 ölkədən 7000-dən çox şəhər qoşulmuşdur. Bu il martın 19-na təsadüf edən tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək verilib.

 

© Copyright 2015-2016 . Create by Code Abra. All Rights Reserved.

GREEN BAKU
GREEN BAKU
GREEN BAKU