Bizim haqqımızda

Green Baku - əhalinin müxtəlif təbəqələrinin diqqətini məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji təşkilatıdır. Green Peace və 350.org, Let’s Do It! World kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır.

Birlik 2010-cu ilin iyul ayında aktiv tələbələr tərəfindən Facebook şəbəkəsində qurulub. 2010-ci il avqust ayının sonunda üzvlərinin sayı artıq 1000 nəfəri keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün - 5 sentyabr 2010-cu il qəbul olunur. Green Baku "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib.

Birliyin fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökümət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilib. 2010-cu ildə Xəzər sahili üzrə keçirilmiş aksiyalar nəticəsində 15 ton məişət tullantısı yıǧılmışdır. Təşkilatın mövcud olduǧu müddət ərzində könüllülər kimsəsiz uşaqlara və qaçqınlara dəstək məqsədilə bir neçə humanitar aksiya keçiriblər.

 

Həmişə pozitiv! :)

NAİLİYYƏTLƏRİMİZ

 

Let`s do it World!

2012-ci ildə Green Baku təşkilatı Azərbaycanı təmsil edərək beynəlxalq ekoloji hərəkat olan “Let`s do it World” qoşulub. Beləliklə, təşkilat həm özünü, həm də ölkəni beynəlxalq səviyyədə təmsil etməyə başlamışdır.

Bu proqram çərçivəsində hər il iri miqyaslı təmizlik aksiyaları keçirilir. 2015-ci ildə bu aksiyaların ən böyüyü keçrildi və 600-dən artıq könüllü cəlb olundu. Novxanıda, dəniz sahilində keçirilən tədbirdə 10 tondan artıq zibil tullantıları yığılaraq yendən emala göndərildi. Bu aksiya Azərbaycan tarixinin ən böyük təmizlik aksiyası olub.

2016-cı ilin sentyabr ayında da bizim tərəfimizdən təmizlik aksiyası təşkil olundu. Bu tədbir özündə 400-dən artıq könüllünü cəmləşdirdi və nəticə 5 tondan daha artıq zibil tullantılarının yığımına nail ola bildik!

Ümumilikdə, Green Baku təşkilatı “Let`s do it Azerbaijan” hərəkatı çərçivəsində çimərliklərin tullantılardan təmizlənməsi aksiyaları keçirərək 30 tondan artıq zibil tullantıları yığmışdır!

 

 

Ən böyük

 

Yaşıl dəftərxana!

 

Green Baku Ekoloji Gənclər Birliyinin təşəbbüslərindən ən böyüyü “Green Baku” MMC olaraq təkrar emal olunmuş kağızlardan dəftərxana ləvazimatlarının hazırlanması və milli bazarda satışı start-up proqramıdır.

Hal-hazırda korporativ satışlara əsas diqqət verilir və gələcəkdə bu məhsulların adi mağazalarda satışının da təşkil olunması planlaşdırılır. Bu fəaliyyət çərçivəsində əsas tərəfdaşlar “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”, “İdeya Qazandı” İşgüzar verilişi və “ASAN” xidmətdir.

 

 

İlkin olaraq məhsulların assortimentinə daxildir:

 

Ekoloji təmiz dəftərlər

Ekoloji təmiz bloknotlar

Ekoloji kalendarlar

Ekoloji stikerlər

Ekoloji paketlər

Ekoloji konvertlər

Ekoloji hədiyyə dəstləri və s.

 

Yer saatı!

 

Green Baku Ekoloji Gənclər Birliyi Azərbaycanda beynəlxalq tədbir olan “Yer Saatı” (Earth Hour ) aksiyasının da təşkilatçısıdır. Bu aksiya hər il dünyanın demək olar ki, bütün ölkələrində keçirilir. Özündə 1 milyarddan artıq insanı birləşdirən aksiyanın məqsədi Yer kürəsində ekoloji balansın qorunması və iqlim dəyişikliyi məsələsini nəzərə çatdırmaqdır. Bunun üçün hər il mart ayının son şənbə günü 20:30-da dünyanın hər yerində məşhur binaların fasad işıqları 1 saat müddətinə söndürülür və şam işıqlarından istifadə olur.

Azərbaycanda bu beynəlxalq tədbirə dəstək 2011-ci ildən Green Baku tərəfindən həyata keçirilir. Tədbir çərçivəsində aksiyalarımızda ümumilikdə 1000 dən artıq könüllü iştirak etmişdir. Azərbaycanda keçirilən aksiyalarda “Alov Binaları”, “Elmlər akademiyası”, “ADA” Universiteti, Azərbaycan Texniki Universiteti və s. məhşur binaların işıqları söndürülmüş və bu aksiya cəmiyyətin nəzərinə çatdırılmışdır

 

© Copyright 2015-2016 . Create by Code Abra. All Rights Reserved.

Həmişə pozitiv! :)
Həmişə pozitiv! :)
Həmişə pozitiv! :)