LET'S DO IT 2015

Let's do it nədir?

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.

Artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir.

Bu ilki aksiya miqyası və tədbirə qoşulanların sayına görə əvvəlkilərdən daha geniş olub. Belə ki, bu il sözügedən aksiyada 500-dən artıq insan iştirak edib. Tədbirin təşkilatçıları qismində “Green Baku”, “Coca-Cola” şirkəti, “PAŞA Bank”, "Bakcell" ,"ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və “Let’s Do It Azerbaijan” proqramı  (letsdoitworld.org)  çıxış edib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib.

 

Bu ilki tədbirə Let's do it Azerbaijan, "BİR" könüllü proqramı və Azərbaycan Skautlar birliyinin könüllüləri də qoşulublar.

Qeyd edək ki, "Yer saatı" kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi: "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları 1 saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər.

Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.

Bəşəriyyət tarixində ən kütləvi ekoloji ictimai aksiya olan "Yer Saatı-2016" tədbirinə 178 ölkədən 7000-dən çox şəhər qoşulmuşdur. Bu il martın 19-na təsadüf edən tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək verilib.

 

© Copyright 2015-2016 . Create by Code Abra. All Rights Reserved.

LET'S DO IT 2015
LET'S DO IT 2015
LET'S DO IT 2015